"Peşəkarlıq yolunda" layihəsi davam edir

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 oktyabr 2022-ci il tarixli F-360 nömrəli əmrinə əsasən "Peşəkarlıq yolunda" layihəsi çərçivəsində psixoloq Aytən Məmmədova peşə seçiminə hazırlaşan şagirdlərin valideynləri ilə "Düzgün peşə seçimi həyatımıza necə təsir edir?" başlığı altında seminar təşkil edib. Onlara övladlarının öz potensialları istiqamətində peşə seçiminə dəstək olmaları mövzusunda psixomaarifləndirici tövsiyyələr verib. Düzgün peşə seçiminin əhəmiyyətinin insanların həyatlarında həm sonrakı iqtisadi vəziyyətlərini, həm ətraflarındakı mühiti seçmiş olmaları, həm də seçdikləri peşənin onların övladları üçün hansı imkanlar yaradacağını düşünmələri barədə müzakirələr olunub.

        Beləliklə, düzgün peşə seçimi insanın bütün həyatına təsir edən, gələcəyini müəyyənləşdirən, təsadüflərə buraxılmayacaq qədər önəmli bir qərar olması, ona görə də bu seçimi edərkən çox düşünməyin vacib olduğu vurğulanıb. Sonda mövzu ilə bağlı maarifəfləndirici videoçarx izlənilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi