"Peşəkarlıq yolunda" layihəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)- nin 31.10.2022 ci il tarixli F-360 nömrəli əmrinə əsasən "Peşəkarlıq yolunda" layihəsinin keçirilməsi ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanıb təsdiq olunub.
Məktəbin psixoloqu Zülfiyyə Məsimovanın rəhbərliyi ilə məktəbin müxtəlif peşə və ixtisasa malik olan məzunlarının lX sinif şagirdləri ilə görüşü təşkil edilib. Məzunlar peşə və ixtisasları üzrə tələb olunan bilik bacarıqları barədə şagirdlərlə öz fikirlərini bölüşüblər.
Məzunlar uğura gedən yolu necə əzimlə və fədakarlıqla əldə etdiklərini şagirdlərlə bölüşüblər.
Sonda Zülfiyyə Məsimova çıxış edərək həm məzunlara həmdə tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə edib.