Pedaqoji Şuranın iclası keçirilib

   Məktəbin direktoru Xoşqədəm Bağırovanın rəhbərliyi ilə pedaqoji kollektivin iclas keçirilib.

    İclasda məktəbin mövcud vəziyyəti ilə əlaqədar fənn müəllimləri və sinif rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. Dərs ilinin I yarım ilinin müvəffəqiyyətə başa vurulması üçün pedaqoji kollektivin hər bir üzvünün üzərinə düşən məsuliyyətdən danışılıb. İclasda, həmçinin davamiyyət, növbətçilik, nizam- intizam, dərslərin yüksək səviyyədə təşkili ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

    Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev çıxışında şagirdlərdə təlim nailiyyətlərinin yüksəldilməsi və monitorinqlərin yüksək səviyyədə təşkil edilməsi istiqamətində fənn müəllimlərinə müvafiq tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi