OCEP layihəsi çərçivəsində növbəti tədbir
OCEP layihesi çərçivəsində məktəbdə həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
Məktəbin coğrafiya müəllimi Aysel Qədimovanın təşkilatçılığı ilə 10A sinfində "Qırğızıstan" mövzusunda tədbir keçirilib. Dərsdə Qırğızıstanın təbiəti, coğrafi mövqeyi, iqlimi, daxili suları, nəqliyyatı, əhalisi, iqtisadi əlaqələri haqqında məlumat verilib. A.Qədimova şagirdlərə Azərbaycan və Qırğızıstanın siyasi, iqtisadi əlaqələri, dostluq münasibətləri barədə danışıb.
Tədbirdə Qırğızıstana həsr olunmuş videoçarx nümayiş olunub.