Valideyn iclası
05.12.2022-ci il tarixdə məktəbin 8D sinfində valideyn iclası keçirilib. İclasda gündəlik mövzulara toxunulmuş, sinifdə dərs keçən fənn müəllimlərinin şagirdlər haqqında fikirləri dinlənilib. İclasda məktəbin psixoloqu Zülfiyyə Məsimovada iştirak edib, valideynlərə anket sorğu vərəqi paylayıb. Daha sonra şagirdlərin yaş xüsusiyyətləri, yeniyetməlik dövrünun çətinlikləri haqqında geniş məlumat verib. Valideynlərin fikirləri dinlənilib və qarşılıqlı müzakirələr aparılıb. Məqsəd şagirdlərin yeniyetməlik dövründə keçirtdiyi çətinliklər zamanı valideynlərin nələrə diqqət etmesini aşılamaq idi.