Narkomaniyaya yox deyək

        02.12.2022-ci il tarixində fəaliyyət planına əsasən məktəbin psixoloqu Aytən Məmmədova yeniyetmə yaş qrupu olan şagirdlərlə "Narkomaniyaya yox deyək" başlığı altında psixomaarifləndirici seminar təşkil edib. Onlara narkotikin insan həyatına, psixikasına, orqanizminə və sosial əlaqələrinə vurduğu zərərlər barəsində geniş məlumat verilib. Narkotik vasitələrinin qurbanlarının həyat şəraitləri, tora salmaq üçün istifadə olunan fəndlər, onlardan qorunma yolları nümunələrlə izah olunub. Məqsəd şagirdlərdə mövzu ilə əlaqədar məlumatlılığın artırılması, onların sağlam həyat və sağlam gələcəklərinin təmin olunmasına dəstək olmaqdır.

      Sonda videoçarxlar nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi