Qırğızıstan məktəbi ilə onlayn görüş

        OCEP- layihəsi çərçivəsində məktəbdə bir sıra tədbirlər həyata keçirilir və keçirilməsi davam etdirilir. 01.12.2022- ci il tarixdə Qırğızıstanın Heydər Əliyev adına 20 nömrəli məktəb və 205 nömrəli tam orta məktəb arasında onlayn görüş keçirilib. Görüşün məzmunu ölkələr bir- birilərinin adət ənənələri, dilləri, tarixi abidələri, milli bayramları və təhsilləri ilə tanış olmaqdan ibarətdir.

        Onlayn görüş zamanı ilk öncə məktəbin direktoru Xoşqədəm Bağırova qarşı ölkənin müəllim və şagird kollektivini salamlayaraq öz ürək sözlərini söyləyib. Görüş zamanı 205 nömrəli tam orta məktəbin şagirdləri özlərini qırğız dilində salamlayaraq təqdim edib, şagirdlərimiz qırğız dilində şeirlər söyləyib, qarşı ölkə isə öz ölkələri haqqında ətraflı çıxış ediblər, videoçarxlar nümayiş etdiriblər. Sonda onlar çıxışın da həmin məktəbin müəllim və şagird kollektivinin dekabr ayının sonlarında Azərbaycana səfəri nəzərdə tutulduğunu bildirdilər və səfər zamanı məktəbin direktoru Xoşqədəm Bağırova müəllim və şagird kollektivini məktəbimizə qonaq dəvət ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi