"Məişət zorakılığı" mövzusunda söhbət
Tədbirlər planına əsasən məktəbin psixoloqu Zülfiyyə Məsimova "Məişət Zorakılığı" mövzusunda 9 -cu sinif şagirdləri ilə geniş söhbət aparıb. Hansı sosial təbəqəyə, yaş qrupuna mənsub olmasından asılı olmayaraq hər kəsin bu təhlükəyə məruz qalma ehtimalı var. Məqsəd şagirdlərdə bu kimi halların baş verməsi zamanı hansı reaksiya verecəklərini aşılamaqdır. Mövzu haqqında videoçarxlar və slaydlar şagirdlərə təqdim edilib. Sonda məktəbin ingilis -dili müəlliməsi Dilbər Umudova öz fikirlərini səsləndirib.