"Erkən nikah" haqqında maarifləndirici söhbət
Məktəbin psixoloqu Zülfiyyə Məsimovanın təşkilatçılığı ilə 23 noyabr 2022- ci il tarixdə şagirdlərlə "Erkən nikah " mövzusunda söhbət aparıb. Zülfiyyə müəllimə çıxışında şagirdlərə erkən nikahın insan hüquqlarının pozulması hesab olunduğunu çatdırıb. Şagirdlərə erkən nikahın fəsadları geniş və aydın şəkildə izah olunub. Psixoloji və fiziki cəhətdən hazır olmadan edilən nikah sağlamlıq üçün çox təhlükəli olduğu qeyd edib. Şagirdlərin sağlam gələcəkləri üçün təhsil almağının vacibliyi göz önunə sərib.
Tədbirdə mövzu ilə bağlı slaydlar və videoçarxlar göstərilib. Şagirdlərin bu mövzuda fikirləri dinlənilib. Tədbirdə məktəbin coğrafiya müəllimi Sevinc Məhərrəmova çıxış edərək öz tövsiyyələrini şagirdlərə verib.