Qırğızıstan Respublikasının dünya dövlətləri ilə əlaqəsi
OCEP layihəsi çərçivəsində 6B sinfində Qırğızıstanın tarixi, adət -ənənələri, mədəniyyəti, Qırğızıstanın dünya dövlətləri ilə əlaqələri haqqında məktəbin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə açıq dərs təşkil edilib. Dərsdə şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər. Şagirdlər hazırladıqları təqdimatlarda Qırğızıstanın dünya dövlətləri ilə əlaqəsi haqqında geniş məlumat veriblər.
Açıq dərsdə şagirdlər Qırğızıstanın milli geyimlərini geyinib nümayiş etdiriblər. Bilurə müəllimə Qırğızıstanın dünya dövlərləri ilə sıx əlaqəsi haqqında danışıb, bu dövlətlərdən biridə Azərbaycandır. O, bildirib ki, Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.