Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri ilə görüş
OCEP layihəsi çərçivəsində görülmüş işlərə dair məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. Tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. Qardaşlaşmış ölkələrlə əməkdaşlığın təşkil olunması üçün görüləcək işlərlə bağlı ətraflı məlumat almaq üçün məktəbin direktoru Xoşqədəm Bağırova Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyevlə görüş keçirib. Görüş də layihəyə əsasən ətraflı söhbət aparılıb. Söhbət zamanı əməkdaşlıq üçün qardaşlaşmış məktəblərlə online görüşlərin keçirilməsinə şərait yaradacaqlarını bildiriblər.