"Kiçik Akademiya"da "Dəyirmi masa"
Məktəbdə "Kiçik Akademiya"nın rəhbəri Fəridə Əsgərlinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Dəyirmi masa" keçirilib.
Şagirdlər Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
"Kiçik Akademiya"nın rəhbəri F.Əsgərli çıxış edərək bildirib ki, 27 sentyabrdan başlayan və 44 gün davam edən Vətən savaşı işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi və Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Bu gün 8 Noyabr təqvimlərimizdə Azərbaycan xalqının iftixar və qürur günü kimi qeyd olunur.
"Dəyirmi masa"da şagirdlər Zəfər Gününə həsr olunmuş təqdimatlarla çıxış ediblər.