Məktəbdaxili fənn olimpiadası

29 oktyabr 2022- ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına uyğun olaraq məktəbdə VIII, IX, X, XI sinif şagirdləri arasında azərbaycan dili ədəbiyyat, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya, tarix, informatika fənləri üzrə olimpiada keçirilib. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməkdir. Olimpiada təlimata uyğun olaraq keçirilib, qeyri- ixtisas fənn müəllimlərindən nəzarətçilər təyin edilib.
Olimpiadanın məktəb mərhələsində 110 nəfər şagird iştirak edib.