Yeniyetməlik və yaş dövrü
14.10.2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəb psixoloqunun 2022-2023-cü tədris ilinin fəaliyyət planına əsasən valideyin iclaslarında tematik çıxışların edilməsi, məktəbin yeniyetmə yaş qrupuna aid olan şagirdlərin valideyinləri ilə işin təşkilinin həyata keçirilməsi məqsədilə məktəbin psixoloqu Aytən Məmmədova valideyinlərlə görüş keçirib. 9C sinif rəhbəri Nüşabə Qədimova tərəfindən təşkil olunan iclasda valideyinlərə anket sorğu təqdim olunub, yeniyetməlik yaş dövrü, krizisin simptomları, uşaqlarda necə ünsiyyət qurmalı mövzusunda psixoloq valideyinlərlə geniş həcmli söhbət aparıb.