Pedaqoji şuranın iclası
13.09.2022-ci il tarixində məktəbin illik fəaliyyət planına əsasən Pedaqoji şuranın iclası keçirilib. İclasda məktəbin direktoru Xoşqədəm Bağırova, direktor müavinləri, UBR, psixoloq və müəllimlərdə iştirak ediblər. Məktəbin direktoru Xoşqədəm Bağırova iclasda çıxış edərək Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin aidiyyatı üzrə təlimatlarını pedoqoji kollektivin diqqətinə çatdırıb. İclasda 2021-2022-ci ilin dərs yekunları IX və XI sinif şagirdlərinin buraxılış nəticələri, daha sonra isə yeni tədris ilində qarşıda duran əsas hədəflər müzakirə edilib. Sonda məktəbin psixoloqu Aytən Məmmədova şagird-müəllim münasibətləri haqqında ətraflı çıxış edib.