Məktəbə yeni qədəm qoyulacaq şagirdlərlə görüş
07 sentyabr 2022 ci- il tarixdə məktəbin psixoloqu Məsimova Zülfiyyənin təşkilatçılığı ilə yeni tədris ilində məktəbə yeni qədəm qoyacaq birinci sinif şagirdləri ilə görüş təşkil edilib. Məktəbə daxil olmaq onların həyatında yeni bir mərhələdir. Şagirdlərin məktəbə adaptasiya prosesini rahatlaşdırmaq və asanlaşdırmaq üçün onlarla psixoloji söhbətlər aparılmış, rollu oyunlar təşkil edilmişdir. Məqsəd şagirdlərin məktəbə psixoloji hazırlığın təmin edilməsi olmuşdur.