"İdealımdakı ana və idealımdakı övlad"
28.06.2022-ci il tarixdə məktəbdə "Ailəm və məktəbim" layihəsinin Yay məktəbi dövründə davam etdirilməsi məqsədilə valideynlərin şagirdlərlə birgə fəaliyyətinin təmin etdirilməsi üçün bir qrup valideyn və şagirdlərin iştirakı ilə psixoloq Aytən Məmmədovanın təşkilatçılığı altında "İdealımdakı ana və idealımdakı övlad" adlı qrup terapiyası keçirilib. Diaqnostik texnikanın məqsədi valideyn və övlad arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini və problemlərini üzə çıxarmaqdan, münasibətlərin harmoniyasının yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.