"Son zəng"

     14.06.2022- сi il tarixində Təhsil Nazirliyinin təlimatına uyğun şəkildə respublikamızın ümumtəhsil məktəblərində "Son zəng" tədbiri keçirilib. Belə məktəblərdən biridə bizim məktəbimizdir.

    Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Fuad Babayev və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Mətanət Nəsibova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

    Dövlət bayrağımız təntəli marşın sədaları ilə meydana gətirilir. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi açıq elan elan olunub. 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Məzunlara ürək sözünü demək üçün söz məktəbin direktoru Xoşqədəm Bağırovaya verilib. O, məzunları təbrik edib onlara gələcək həyatlarında uğurlar arzulayıb. İmtahanlarda yüksək nəticə göstərən şagirdlərimizi fəxri fərmanla təltif edib.

      Söz fəxri qonaq qismində iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Fuad Babayeve verilib. Fuad müəllim çıxışında şagirdlərimizə istər xarici ölkədə, istər öz ölkəmizdə təhsil alsalarda hər zaman vətənimizi, bayrağımızı uca tutmağı şagirdlərə tövsiyyə edib. Şagirdlərimizi və onların valideynlərini təbrik edib. 

    Bədii hissədə isə məzunlar mahnılarla çıxış edərək sözlərini deyiblər. İbtidai sinif şagirdlərinin iştirakı ilə Xarı Bulbul rəqsini ifa edilib. Balacaların bu rəqsi maraqla qarşılanıb. Məzunlarımızı təbrik edir və onlara uğurlar arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi