"Zəfər tarixi" adlı konfrans

BŞTİ- nin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən 02.06.2022-ci il tarixdə məktəbin akt zalında Zəfər tarixi adlı konfrans keçirilib. Konfrans məktəbin tarix müəllimi Bilurə Əliyevanın təşkilatçılığı ilə təşkil olunub.
Konfrans ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Konfransı keçirtməkdə məqsəd şagirdləri Zəfər tariximiz barədə məlumatlandırmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.
Konfransın gedişatında Zəfər tarixini tədris edən müəllimlərimiz və IX sinif şagirdləri Zəfər tariximiz barədə ətraflı çıxış edib və videoçarxlar nümayiş etdiriblər. Həmçinin konfransda məktəbin direktoru Xoşqədəm Bağırova, direktor müavinləri və müəllimlərdə iştirak ediblər.