Hər şey övladımız üçün
01.06.2022- ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim” layihəsi çərçivəsində "Hər şey övladımız üçün" başlığı altında məktəbin psixoloqları Aytən Məmmədova və Zülfiyyə Məsimovanın təşkilatçılığı ilə 1 - 9 sinif şagird valideynləri arasında seminar təşkil olunub. Seminarı Bakı Şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin peşəkar psixoloqu Səidə Əhmədova aparıb.
Tədbirdə həmçinin məktəbin direktoru Xoşqədəm Bağırova və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbova iştirak ediblər. 103 nəfər valideynin iştirakı ilə keçirilən tədbirin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığa təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir. Seminarın sonunda valideynlərin fikirləri və sualları dinlənildi və geniş diskusiya aparıldı.