Kimya dərsindən nümunəvi dərs

Bu gün məktəbin kimya müəllimi Cehunə Qasımovanın rəhbərliyi ilə 8-a sinfində nümunəvi dərs keçirilib. Dərsin mövzusu "Qələvi metallar" olub.
Dərsdə şagirdlər öz fəallığı ilə seçilib. Müəllimə metallar haqqında ətraflı məlumat verib. Qələvi metallar- fəal metallar olduğu üçün neftin altında saxlanılır. Litium isə vazelenin içində saxlanılır. Onlar fəal olduğu üçün oksigenlə reaksiya girib oksid, peroksid, superoksid əmələ gətirirlər. Qələvi metallar suda yaxşı həll olur. Qələvi metalın suda həll olması təcrübəsini uşaqlar aparıblar və necə suda həll olduğunu müşahidə ediblər.