"SAĞLAM QİDA SAĞLAM TƏHSİL"
Bu gün məktəbimizdə ibtidai sinif şagirdlərinin iştirakı ilə "Sağlam qida sağlam təhsil" devizi altında müsabiqə
keçirilib. Şagirdlər sağlam qida və insan orqanizminə zərərli olan qidalar haqqında çıxışlar edərək öz fikirlərini bildirdilər. Müsabiqə iştirakçıları məktəb direktoru Xoşqədəm Bağırova tərəfindən fəxri fərmanla təltif olunub.