BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi təlimata uyğun olaraq 24 yanvar 2022-ci il tarixindən məktəbimizdə BSQ-rin keçirilməsinə başlanılıb.
İbtidai siniflərdə (IV sinif)135 nəfərin, V-IX siniflərdə 700, X-XI siniflərdə isə 173 nəfər şagirdin biliyi qiymətləndirilmişdir. 24 yanvar 2022- ci il tarixində müxtəlif siniflərdə 265 nəfər, 25 yanvar 2022-ci il tarixdə 245 nəfər şagird BSQ-də iştirak ediblər. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyinin nəzarəti altında təşkil edilib. İmtahan qeyri-ixtisas müəllimləri tərəfindən aparılıb.