"TARİXƏ DÖNƏN QANLI YANVAR"

         Məktəbin fəaliyyət planına əsasən 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar məktəbin direktoru Xoşqədəm Bağırova və müəllim kollektivi 19 yanvar 2022-ci il tarixində Şəhidlər xiyabanına ziyarəti təşkil edilib. Şəhidlərimizi hörmətlə anan məktəb rəhbərliyi və müəllimlər Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edib məzarları üstünə tər çiçəklər qoyublar. Həmçinin məktəbimiz adını daşıdığı şəhid Rövşən İmanovun məzarı da ziyarət olunub, ruhuna dualar oxunub. Şəhid Rövşən İmanov Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Allahdan şəhidlərimizə rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi