"TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ"
BŞTİ-nin 14.01.2022- ci il tarixli F- 07 nömrəli əmrinə əsasən 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanıb təsdiq edilib. Məktəbin fəaliyyət planına əsasən 19 yanvar 2022- ci ildə ilk dərslər " 20 yanvar " faciəsinə həsr olunmuşdur.
Bu dərslərdən biridə 5-c sinfində Dilbər Umudovanın təşkilatçılığı ilə "Tariximizin şanlı səhifəsi" başlığı altında tədbir hazırlanmışdır. İlk növbədə şagirdlər şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər. Şagirdlər mövzuya uyğun təqdimatlar, videoçarxlar, səhnəciklər nümayiş etdirmişlər.