ŞƏHİDLƏRİMİZƏ HƏSR OLUNMUŞ NÜMUNƏVİ DƏRSLƏR DAVAM EDİR
BŞTİ-nin 14.01.2022 ci il tarixli F-07 nömrəli əmrinə əsasən 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanıb təsdiq edilib. Fəaliyyət planına əsasən 18.01.2022 ci il tarixdə məktəb də nümunəvi dərslər keçirilib. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.