20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA
Məktəbin fəaliyyət planına əsasən 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Kiçik Akademiyanın üzvlərinin iştirakı ilə dəyirmi masa ətrafında söhbət aparılıb. İlk öncə tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dəyirmi masa ətrafında şagirdlərin təqdimatları nümayiş edilərək fikirləri dinlənilib. Kiçik akademiyanın rəhbəri tarix müəllimi Fəridə Əsgərli mövzu ətrafında geniş və ətraflı çıxış edib.