NÜMUNƏVİ DƏRSLƏR
16 dekabr 2021-ci il tarixdə məktəbin fəaliyyət planına əsasən kimya fənnindən nümunəvi dərs keçirilib. Nümunəvi dərsdə məktəbin direktoru Xoşqədəm Bağırova, tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev, fənn metodbirləşmə sədri Sədaqət Nuriyeva da iştirak edib.
Nümunəvi dərs turşuların təsnifatı, turşuların adlandırılması, turşuların təyini mövzusunda aparılıb. Fənn müəllimi Ceyhunə Qasımova təyinedici maddələrlə turşunu təyin etməklə təcrübə aparıb. Şagirdlər qruplara bölünməklə diskusiya apardılar və qrupların işləri müzakirə edilib. Sonda şagirdlərin biliyi qiymətləndirilib.