"MÖVSÜM MEYVƏLƏRİ" AÇIQ DƏRS
14 dekabr 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Qasımova Hicranın təşkilatçılığı ilə 1-ç sinfində Azərbaycan dili dərsindən Meyvələr mövzusunda dərs keçirilib.
Müəllimə dərsdə meyvələrin vitaminlərlə zəngin olmasını şagirdlərə aşılayıb. Meyvələrin fəsillərə uyğun olaraq yetişdiyini şagirdlərə çatdırıb. Mövsümi meyvələrin xeyirlərindən danışıb. Şagirlərə sevdikləri meyvələr haqqında məlumat toplamağı tapşırıb. Ev tapşırığı olaraq, şagirdlər meyvələrdən maraqlı əl işləri hazırlayıblar.