NÜMUNƏVİ DƏRSLƏR
Məktəbin illik fəaliyyət planına əsasən 2021-2022- ci tədris ilinin dekabr ayında nümunəvi dərslərin dinlənilməsinə başlanılıb. 07 dekabr 2021- ci il tarixdə biologiya fənnindən 8-b sinfində "Dayaq hərəkətlər aparatından dəyişikliklər" mövzusuna həsr olunmuş nümunəvi dərs keçirilib. Məktəbin direktoru Xoşqədəm Bağırova, təlim tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbovada dərs dinləmədə iştirak ediblər.
Şagirdlərə nümunəvi dərs zamanı sümük və əzələ sistemində baş verən zədələnmələr zamanı ilk tibbi yardımın necə göstərilməsi haqqında məlumat verilib.
Dərs zamanı əyani vəsaitlərdən, rollu oyunlardan istifadə edərək ilk tibbi yardımın necə göstərilməsini əyani surətdə nümayiş etdiriblər.