NARKOMANİYAYA YOX DEYƏK
29 noyabr 2021-ci il tarixdə məktəbdə Narkomaniyaya yox deyək adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Binəqədi rayon 43-cü polis bölməsinin rəisi Nəriman Bayramov, İctimai təhlükəsizlik şöbəsinin rəisi Tural Mehdili, Binəqədi rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Nurlan Axundzadə VIII - IX sinif şagirdləri ilə narkotiklə mübarizəyə dair maarifləndirici söhbət aparıblar.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra məktəb psixoloqu Məsimova Zülfiyyə ətraflı çıxış edərək şagirdlərə öz tövsiyələrini verib. Tədbirin sonunda şagirdlərə narkomaniyanın insan orqanizminə törətdiyi fəsadlara həsr olunmuş videoçarxlar nümayiş olunub.