YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ
Məktəbin fəaliyyət planına əsasən 25 noyabr 2021-ci il tarixdə ibtidai sinif şagirdlərinin iştirakı ilə "Yol hərəkət qaydaları uşaqların gözü ilə" adlı maarifləndirici tədbir keçirilib. Tədbiri keçirtməkdə əsas məqsəd piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, yol nişanları haqqında məlumatlar toplamaq, şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları barədə maarifləndirməkdir. Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Nailə Əliyeva hazırladığı videoçarxlar ətrafında çıxış edib.
Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbova çıxışında qeyd edib ki, şagirdlərin yol hərəkət qaydalarını bilməsi üçün həm müəllimlərin, həmdə valideynlərin üzərinə böyük məsuliyyət düşür, yol hərəkətinə dair biliklərin öyrədilməsi mühüm işlərdən biridir.