ŞAGİRDİMİZİN UĞURU
Binəqədi rayon İcra Hakiməti, Binəqədi Gənclər Evi və İdman İdarəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin münsiflərinin rəhbərliyi altında Binəqədi rayon 32 məktəbdən ibarət 8 noyabr Zəfər gününə həsr olunmuş "Zəfərin mübarək Vətən" mövzusunda rəsm müsabiqəsi təşkil olunub. Müsabiqəyə əsasən hər məktəbdən bir şagir qatılıb, şagirdlər iki saat müddətində canlı olaraq öz rəsmlərini nümayiş etdirərək münsiflərə təqdim ediblər və münsiflər hər məktəbin öz rəsminə görə şagirdləri qiymətləndirib.
Müsabiqədə məktəbimizin 9-ç sinif şagirdi Abdullayeva Səma Fuad qızı bu fərqlənmə diplomu ilə mükafatlandırılıb.