"ZƏFƏR YOLU"
Bakı Şəhər üzrə Təhsil İdarəsinin 08.09.2021 ci il tarixli F-191 nömrəli əmrinə əsasən "27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü" ilə bağlı tədbirlər planına əsasən məktəbin tədbirlər planı hazırlanıb təsdiq edilib. Tədbirlər planına əsasən "Misilsiz cəsarət", "Zəfər yolu" mövzularına həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir. 8 noyabr Zəfər günü ilə əlaqədar 1- c sinifinə adı verilmiş Binəqədi qəsəbəsinin igid oğlu şəhid Əli Bayramovun ailəsi ilə görüş keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra vətən uğrunda qəhrəmancasına şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə məktəbin direktoru Xoşqədəm Bağırova çıxış edərək qeyd etdi ki, şəhidlərimizi yad etmək, onların ailələrinə qayğı göstərmək hər birimizin borcudur, məhz gələcək nəsillərə də vətəni sevməyi, vətəni qorumağı, vətən uğrunda canından keçən igid oğullarımızı daima qürurla yad etməyi aşılamalıyıq. Təşkil olunmuş tədbirdə birincilər öz çıxışında vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Daha sonra şəhidimiz Əli Bayramovun həyat yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə allah rəhmət eləsin.