AŞIQ ƏLƏSGƏR VƏ AZƏRBAYCAN FOLKLORU
Bakı Şəhər üzrə Təhsil İdarəsinin 30.07.2021 ci il tarixli F-171 nömrəli əmrinə əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına əsasən "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda bədii qiraət müsabiqəsi təşkil olunub.
Müsabiqədə V-VIII sinif şagirdləri iştirak edib. Bədii qiraət müsabiqəsinin təşkilatçısı dil-ədəbiyyat müəllimi Sevinc Əzimova ilk öncə müsabiqə iştirakçılarını təlimatlandırıb. Müsabiqəni keçirməkdə məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etməkdir. İştirakçılar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirilib.