DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ
Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diaqnostik qiymətləndirmə materialları əsasında II-IV siniflərdə Azərbaycan dili, riyaziyyat V-lX siniflərdə isə Azərbaycan dili, riyaziyyat və ingilis dilli fənlərindən məktəbdaxili qiymətləndirmə keçirilib.
Diaqnostik qiymətləndirmədə əsas məqsəd şagirdlərin ilkin bilik səviyyələrini müəyyənləşdirməkdir. Qiymətləndirmənin şəffaf və təlimata uyğun keçirilməsi məqsədilə məktəb rəhbəri Xoşqədəm Bağırova və təlim -tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev tərəfindən hər bir sinif və fənn üzrə məsul şəxslər, qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirilib. Şagirdlər təqdim olunan sual kitabçalarını ayrılmış vaxt ərzində cavablandırıblar.