AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI
Bu gün məktəbimizdə 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda tədbir keçirilib. Tədbirin rəsmi hissəsində məktəbin direktoru Xoşqədəm Bağırova dövlətimizin müstəqillik tarixinin şanlı səhifələri haqqında ətraflı çıxış edib.
Tədbirin bədii hissəsində şagirdlərimiz vətənpərvərlik mövzusuna həsr olunmuş şeir, mahnı, rəqs və videoçarxlar nümayiş etdiriblər.