VƏTƏN SİZƏ OĞUL DEDİ
BŞTİ-nin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrinə əsasən 27 sentyabr məktəbimizdə " Anım günü" ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub.
İlk öncə vətən müharibəsi Şəhidləri bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan igid oğullarımıza həsr olunmuş şeir, rəsm və bədii kompozisiya şagirdlər tərəfindən nümayiş olunub. İbtidai sinif şagirdləri tərəfindən "Şəhid anası" adlı kompozisiya nümayiş olunub.