METODBİRLƏŞMƏ İCLASI
23 sentyabr 2021- ci il tarixdə fənn metodbirləşmə iclası keçirildi. İclasda məktəbin direktoru X. Ə. Bağırova, direktor müavinləri və fənn metodbirləşmə sədrləri iştirak etdilər. Dəyirmi masa ətrafında Azərbaycan Respublikası Təhsil Nazirliyindən daxil olmuş "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələri" müzakirə edildi. İclas zamanı diaqnostik, formativ və summativ qiymətləndirmələrin məqsəd və aparılması metodları, müəllimlərin formativ jurnalları, portfoliolarının tərtibi müzakirə edildi.