İLK DƏRS GÜNÜ

      22 sentyabr 2021-ci il tarixində məktəbin ibtidai siniflərində pandemiya şəraitinə uyğun olaraq ənənəvi əyani təhsil bərpa edilib.

        Yeni dərs ilinə salamlama ilə başlanılıb. Bu gün məktəbimizdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. 44 günlük Zəfər tariximizdən söhbət edilib.

        Yeni tədris ilində yeni inşa olunmuş, 1450 yerlik müasir tələblərə cavab verən, hər bir avadanlıqla təchiz olunmuş məktəbimizdə təhsil alacağıq.

        Bu sevinci bizə bəxş edən, hər zaman təhsilə böyük diqqət və qayğı göstərən hörmətli cənab Prezidentimiz İlham Əliyev və Mehriban xanıma təhsil işçilərinə və şagirdlərə yaratdıqları gözəl şəraitə görə təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi