"YAY MƏKTƏBİ" İKİNCİ GÜN

             17 iyun 2021-ci il tarixində "Yay məktəbi" dərsləri davam etdirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Haqverdiyeva Elnurə, Güləliyeva Ləman müxtəlif üsul və formalardan istifadə edərək şagirdlərin əylənərək öyrənməsinə şərait yaratdılar. Texnologiya dərsində fənn müəllimi Esmira Vəliyeva V sinif  şagirdləri ilə toxuma əl işləri hazırladı. İngilis dili müəllimi Şəlalə Babayeva "Summer school"  mövzusunda dərs keçdi.

          Məktəbin kitabxana müdiri İlahə Babayevanın təşkilatçılığı ilə ibtidai sinif şagirdləri ilə "Yay məktəbi"ndə mütaliənin rolu mövzusunda mütaliə saatı keçirildi. Təsviri incəsənət müəllimi Nəsirov Müşfiq "Rənglər uşaqların gözü ilə" mövzusunda rəsm dərsi keçdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi