SƏN ANCAQ ÖYRƏNMƏKLƏ UCALARSAN!

         Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən  Covid-19 pandemiyası ilə əlaqədar olaraq mövcud vəziyyət nəzərə alınaraq şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” nin təşkil edilməsi nəzərdə tutulub.

         Bu şüar altında məktəbimizdə 16 iyun 2021-ci il tarixdən Sən ancaq öyrənməklə ucalırsan başlığı altında "Yay məktəbi" nə start verdi. Məktəb rəhbəri Xoşqədəm Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Qurban Mustafayev  “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə almaqla tədbirdlər planı hazırladılar. 

        Dərslər saat 09-00 da başladı tədris edilən fənlər şagirdlərin marağına və əyləncəli öyrənmə üsulları ilə təşkil olundu. Bundan əlavə məktəbin tibb işçisi Əliyeva Rəmziyyə şagirdlərə "Sağlam olaq" mövzusunda söhbət aparıb, təlimatlar verdi. 

       Məktəbin psixoloqu Məsimova Zülfiyyə 3 və 4-cü sinif şagirdləri ilə birlikdə əl-işləri hazırladı  və əl işləri məktəbin sərgi güşəsində nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi