VƏTƏNİN İGİD OĞULLARI

14 iyun 2021-ci il tarixdə məktəbin direktoru Xoşqədəm Bağırova, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbova və müharibədə iştirak etmiş məzunlarımız Seyidzadə Mirsamil, Qasımlı Amilin iştirakı ilə II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş məzunlarımız İbrahimov İbrahim Abdulla oğlu, Qasımov Şəhriyar Vəzir oğlunun məzarları ziyarət edilmişdir.
Vətənin qəhrəman oğulları, bu Vətən bu xalq əsla sizi unutmayacaq siz daima qəlbimizdə yaşayacaqsınız ruhunuz şad olsun.