SON ZƏNG

14.06.2021- сi il tarixində Təhsil Nazirliyinin təlimatına uyğun şəkildə Son zəng tədbiri keçirildi.
Pandemiya şəraitinə uyğun olaraq xüsusi karantin rejiminə əməl etməklə təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi, XI sinif şagirdləri müharibədə iştirak edən məzunlarımızda iştirak etdi.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Himni ilə açıq elan olundu. Vətən müharibəsində şəhid olan oğullarımız bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Xoşqədəm Bağırova buraxılış imtahanlarını yüksək balla bitirən şagirdlərimizi fəxri fərmanla təltif etdi, həmçinin müharibədə qəhrəmancasına döyüşən məzunlarımızıda fəxri fərmanla təltif etdi. Qonaq qismində isə Binəqədi rayon Bələdiyyəsinin sədri Rəşad İsayev məzunlarımızı təbrik etdi.
Bədii hissədə isə məzunlar mahnılarla çıxış edərək sözlərini dedilər.