"Füzulinin söz dünyası" adlı ədəbi- bədii kompozisiyası keçirildi

    Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilir. Bu gün, 24.04.2024-cü il tarixində Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevinc Qurbanovanın təşkilatçılığı ilə "Füzulinin söz dünyası" adlı ədəbi- bədii kompozisiyası keçirildi.

Tədbirdə şagirdlər dahi şairin əsərlərindən səhnəciklər nümayiş etdirib, ölməz şeirlərini ifa etdilər. Tədbirin sonunda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova çıxış edərək M. Füzulinin dünya ədəbiyyatının nadir incisi olduğunu bir daha vurğuladı.

    Və şagirdlərə və Sevinc müəlliməyə öz təşəkkürünü bildirdi.

#sağlamtəhsilmühiti

#MəhəmmədFüzuli530

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi