IX-XI siniflərdə 200-dən yüksək bal yığanlarla səmimi görüş

    Həyatda qazanılan hər bir uğur böyük zəhmət və səbirlə əldə edilir. O da var ki, hər yeni uğur əvvəlkini az da olsa unutdurur.

Məsələn, buraxılış imtahanında bir şagirdin əldə etdiyi yüksək nəticə sonrakı mərhələlərdə daha önəmli nailiyyətlər fonunda tədricən unudula bilər. Lakin bu sözləri builki məzunlarımıza şamil etmək doğru olmazdı. Belə ki, bu gün məktəbimizin 200- dən çox bal toplayan IX və XI sinif şagirdləri ilə keçirilən görüş onların xatirəsində sözün əsl mənasında silinməz iz buraxdı desək, yanılmarıq. Şəxsən məktəbimizin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimovanın təşəbbüsü ilə baş tutan bu fərqli, maraqlı və yaddaqalan tədbirdə buraxılış imtahanlarında 200-dən yüksək bal toplamış şagirdlər, sinif rəhbərləri, məktəbin UBTR, psixoloqu və məktəb Həmkarlar təşkilatının sədri iştirak etdilər. Tədbiri giriş sözü ilə direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova açdı. Şagirdləri ürəkdən təbrik edərək onlara daha böyük uğurlar arzuladı. Sonra digər müəllimlər də öz ürək sözlərini söylədilər. Bu münasibətdən çox təsirlənən şagirdlər böyük qayğıya, göstərdikləri doğma münasibətə, çəkdikləri təmənnasız əziyyətə görə, başda sevimli direktorları Əzizə Kərimovaya və digər müəllimlərə təşəkkür etdilər.

    Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.

#sağlamtəhsilmühiti

#IX-XI 200+

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi