“Erkən nigahın fəsadları” və “Qohumlararası nigahların fəsadları” mövzusunda maarifləndirici seminar keçirildi

    “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”ə əsasən məktəbin psixoloqu Fərqanə Əliyeva, UBTR Sevinc Abdullayeva və biologiya müəllimi Təranə Sadatovanın təşkilatçılığı ilə “Erkən nigahın fəsadları” və “Qohumlararası nigahların fəsadları” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda erkən ailə qurmağın fiziki, psixoloji və maddi problemləri, qohumlararası nikahların səbəbləri və yarana biləcək fəsadları müzakirə edildi. Slaydlar təqdim olundu. Məşğələnin sonunda şagirdlərdən Azərbaycanda erkən nigahın və qohumlararası nikahların qarşısının alınması üçün hansı həll yollarını təklif etdikləri soruşuldu.

    Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

#sağlamtəhsilmühiti

#ReproduktivSağlamlıq

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi