"Təbiəti sevək və qoruyaq" layihəsi çərçivəsində tədbir keçirilidi

    06.04.2024 tarixində məktəbimizin "Təbiətə qayğı" dərnəyinin üzvləri və məktəbin şagirdləri ilə birlikdə təbiəti sevək və qoruyaq layihəsi çərçivəsində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə təbiətə qayğı dərnəyinin rəhbəri Yeganə İsmayılova açdı. O, çıxışında qeyd etdi ki, bu tədbiri keçirməkdə məqsəd ana təbiəti sevmək və onu qorumağı təbliğ etməkdir. Yeganə müəllimə çıxışında qeyd etdi ki, doğma Azərbaycanımız gözəl füsunkar təbiətə malikdir. Bərəkətli torpaqlarımız, başı qarlı dağlarımız, gül-çiçəkli çöllərimiz var. Bu gözəllikləri qorumaq hamımızın borcudur. Təbiət həm də təmiz hava, təmiz su, təmiz gələcək deməkdir. Bu gələcəyi qorumaq isə sizlərdən asılıdır. Azərbaycan təbiəti dedikdə onun ayrılmaz hissəsi olan Qarabağ yada düşür. 30 ildən artıq işğal altında olmuş torpaqlarımız Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra sanki təbiət nəfəs alır. Bu torpağın füsunkar gözəlliyi özünə qaytarıldı. Bu torpaqlara sahib çıxmaq onun təbiətini qorumaq bizim borcumuzdur. Sonra şagirdlərin hazırladığı ekoloji problemlər və onların həlli yolları, təbiəti necə qorumaq olar, təmiz su təmiz hava mövzusunda müxtəlif təqdimatlar nümayiş etdirilmiş, çıxışlar böyük maraqla dinlənilmişdir. Tədbir zamanı Qarabağın füsunkar təbiətindən söz açılmış eyni zamanda Azərbaycan təbiətini tərənnüm edən şeir, mahnı və rəqslər səsləndirilmişdir.

    Bununla da tədbir yekunlaşmışdır.

#sağlamtəhsilmühiti

#YaşılDünyaNaminə #Həmrəylikİli

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi