VIII-IX siniflərində "Yeniyetmələrin sirrləri” mövzusunda məşğələlər keçirildi

    Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə məktəbin psixoloqu Fərqanə Əliyevanın təşkilatçılığı ilə VIII-IX siniflərində “ Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya” və “Yeniyetmələrin sirrləri” mövzusunda məşğələlər keçirildi. Məşğələdə şagirdlərə “Problemlər ağacı” adlı tapşırıq təqdim olundu. Şagirdlər 2 qrupa bölünərək: Birinci qrup insanı narkotiklərdən istifadə etməyə təhrik edən səbəbləri, ikinci qrup isə narkoasılılığın nəticələrini yazdılar.

Səbəblər yazılmış kağızları ağacın köklərinə, nəticələr yazılmış kağızları isə budaqlara yapışdırdılar. Tapşırığın təhlilindən sonra şagirdlərə alkoqolizm və narkomaniya barədə ətraflı informasiya çatdırıldı.

IX siniflərdə “Yeniyetmələrin sirrləri” mövzusunda keçirilən məşğələdə şagirdlərə slaydlar təqdim olundu.

    Mühazirənin sonunda şagirdlərin suallarına cavab verildi.

#sağlamtəhsilmühiti

#YeniyetmələrinSirrləri

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi