2 Aprel - Dünya Autizm Maarifləndirmə Günüdür!

 

    Autizm- 3 yaşından əvvəl başlayan ve ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına mane törədən bir pozğunluqdur. Autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil.

Autizm rəngarəngdir. Nə vaxtsa belə bir söz eşitmisiniz? “Əgər siz bircə nəfər autizmli insan tanıyırsınızsa, deməli… siz yalnız bir autizmli insan tanıyırsınız”. Onlar bir-birlərinə oxşamırlar və hamısı çox fərqlidirlər.

Autizmə münasibətdə isə faciə autizmin özü yox, onunla bağlı mövcud qərəzli fikirlərdi. İnsanda hansı məhdudiyyətlərin olduğu vacib deyil, autizm, onun öz ailəsinin, cəmiyyətinin bir parçası, həyatı dəyərli insan olmağına əngəl yaratmır.

    Autizm xəstəlik deyil fərqlilikdir!

#fəalməktəb

#AutizmGünü

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi